Cərrah Endokrinoloq Dr.Sadiq Bəbirov
- Cərrah Endokrinoloq Dr.Sadiq Bəbirov
- 0 Rəy
Cərrah Endokrinoloq, tibb üzrə fəlsəfə doktoru
1998-ci ildən bu günə qədər Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin endokrin cərrahiyyə şöbəsində işləyir. 2008-ci ildən ANS kanalında “Sağlam olsun” proqramının aparıcısıdır. 2010-2013-cü illərdə Modern Hospitalda Baş həkim vəzifəsində işləyib. 2019-cu ildə Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin endokrin cərrahiyyə şöbəsinin yeni müdiri təyin edilib. Hal-hazırda “Endokrin Mərkəz”də işləyir.
Təhsili
1981-1991-ci illər arasında Bakı şəhəri Nizami rayonu 129 saylı orta məktəbində alaraq oranı gümüş medalla bitirib. 1991-ci ildə N. Nərimanov adına ADTU-nun müalicə profilaktika I fakültəsinə qəbul oldu. 1997-ci ildə N. Nərimanov adına ADTU-nu fərqlənmə diplomu ilə bitirdi. 1998-ci ildə Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə ixtisası üzrə internaturanı bitirdi. 2001-2002, 2006-2007-ci illər arasında TC İstanbul Tibb Fakültəsi Genel Cerrahı ABD endokrin cərrahiyyə ixtisası üzrə işləmiş və oranı müvəffəqiyyətlə bitirmişdir.
2007-ci ildə “Qalxanabənzər vəzin və uşaqlığın müştərək cərrahi patologiyaları zamanı müalicə taktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
“Cərrah Endokrinoloq Dr.Sadiq Bəbirov” Answers