“Mehriban Əmirova , tfd mama-ginekologo” Locations
Haqqında “Mehriban Əmirova , tfd mama-ginekologo”
Fəaliyyət sahəsi: Hamiləliyin təqibi, normal fizioloji və cərrahi doğuşlar; Sonsuzluğun diaqnostikası və müalicəsi; Uşaqlıq yolunun və uşaqlıq boynunun xəstəliklərinin diaqnostikası (kolposkopiya, biopsiya) və müalicəsi (krioterapiya, lazerterapiya və s.); Konservativ (menstrual tsiklin, endokrin və klimakterik pozulmalar, yumurtalıqların polikistik sindromu, uşaqlığın mioması, endometrioz və s.) və cərrahi (abdominal, vaginal, laparoskopiya və histeroskopiya) ginekologiya; Estetik (labioplastika, vaginoplastika, xudoplastika) və kosmetika (PRP, biorevitalizasiya, mezoterapiya və s.) ginekologiya; Biolitec Lazer texnologiyası ilə genital kondilomalar və uşaqlıq boynun eroziyasının vaporizasiyası, uşaqlıq boynun konizasiyası, inkontinans (sidikqaçirma), lixen sklerozun, və vaginal atrofiyanın müalicəsi, vaginal daraltma, lazer labioplastikası, polip və miom rezeksiyası icra olunur.
Təhsil
1993-1999
Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsini müalicə ilə
1999-2001
AR SN Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura
2008-2012
RF, Dövlət diplomdansonra təhsilini Tibb Akademiyası, mama-ginekologiya kafedrası, mama-ginekologiya ixtisası üzrə aspirantura (tfd)
Təcrübə və Bacarıqlar
2001-2008 Özəl tibb mərkəzləri, mama-ginekoloq
2008-2012 RF, Sertolovo mərkəzi şəhər xəstəxanası, mama-ginekoloq
2014-cü ildən Mərkəzi Gömrük Hospitalı, mama-ginekoloq kimi çalışır
Lisenziyalar və Sertifikatlar
2009 RF, Sankt-Peterburq, “Uşaqlıq yolunun və boynunun patalogiyası”; “Mama-ginekologiya praktikasında ultrasəs diaqnostikası”; “Ginekologiyada histeroskopiya” ixtisasartırma kursları; “Mama-ginekologiyada əl ilə vakuum aspirasiyası” təlimi
2010 RF, Sankt-Peterburq, “Ginekologiyada endovideocərrahiyyə”; “Sonsuz ailə” ixtisasartırma kursları
2011 RF, Moskva, “Medikamentoz abort: tibbi texnologiya” təlimi; “Müasir kontrasepsiya reproduktiv sağlamlıqda” seminarı
2011 RF, Sankt-Peterburq, “Ginekoloji endokrinologiya”; “Ailə cütlüyünün reproduktiv sağlamlığı” ixtisasartırma kursları
2013-2014 Turkiyə, İstanbul, Bahçeci Sağlamlıq Qrupu (Süni Mayalanma Mərkəzi); İstanbul Universiteti Tibb Fakültəsi, Qadin xəstəliyi və Doğum Anabilim Dalı; Təhsil və Araşdırmada praktika
2013 Türkiyə, İstanbul, “Ultrasonoqrafi”, “Urojinekolojik əməliyyatlar” kursları
2014 “Ginekologiyada laparoskopiya”, “Yumurtalıqların polikistoz sindromu”, “Pratik ovulasyon induksiyonu”, “Tibbi və Cərrahi müalicə”, “Təməl obstetri ustrasonoqrafi” kursları, Türkiyə, İstanbul
2014 “Vaginal Histerektomiya” kursu, Türkiyə, Ankara,
2014 “Laparoskopik sütür texnikaları”, “Histereskopi” kursları, Türkiyə, İzmir
2019 “Ginekologiyada endovideocərrahiyyə” kursu, Rusiya, Sankt-Peterburq
2019 “Ginekologiyada endoskopiya təhsili 1”; “Ginekologiyada endoskopiya təhsili 2” kursları, Türkiyə, Bursa
2020 “Ginekologiyada endoskopiya təhsili 3” kursu, Türkiyə, İstanbul
2020 Cinsel Sağlık Enstitüsü Derneyi. Vaginizm təlimi, Türkiyə, İstanbul
2021 Türkiyə Qaradəniz Qadın Sağlığı Cəmiyyətinin təşkilatçılığı ilə hibrit formatında IV Qaradəniz Ginekoloji və Mamalıq konqresi, Türkiyə, İstanbul
2022 Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə I Beynəlxalq Tibbi Forum. Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri
2022 FAGA master-class Funksonal Kosmetik Ginekoloji Birebir Uygulamalı Kurs (COSGYN). Bakı, Azərbaycan
2022 Beynəlxalq Genital Estetik və Kosmetik Ginekologiya üzrə kurs. İstanbul, Türkiyə.
2022 Rusiya Federasiyası Səhiyyə Nazirliyi Akademik V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mamaliq, Ginekologiya və Perinatologiya Mərkəzinin təşkilatçılığı ilə “Estetik ginekologiya” ixtisasartırma kursu. Moskva, Rusiya.
2023 “Ginekologiyada lazer tətbiqi” beynəlxalq master-klass (Mauriziano Hospital). Turin, İtaliya
2023 “Ginekologiyada lazer tətbiqi” beynəlxalq master-klass. (Mario Malzoni klinikası). Avellino, İtaliya.
ACOGS kursları, “Genetal estetik kursu”, İstanbul, Türkiyə
2024 “Genital estetika qeyri cərrahi tətbiqlər kursu”. (Tibbi layihələr akademiyası təşkilatı).Bakı, Azərbaycan
2024 “Ginekologiyada Lazer tətbiqi” beynəlxalq master-klass”, Bakı, Azərbaycan
2025. Uşaqlıq və Endometrioz üzrə Avropa Cəmiyyətinin təşkilatçılığı ilə XXI Beynəlxalq Konqres. Çexiya Respublikası, Praqa şəhəri
2025. Özbəkistan Respublikasının Əndican şəhərində Əndican Dövlət Tibb İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Profilaktik təbabətdə yüksək innovativ texnologiyaların tətbiqi” beynəlxalq elmi-praktik konfransda moderator və məruzəçi qismində iştirak edib. Özbəkistan Respublikası, Andican şəhəri
2025. XI Beynəlxalq Konqresdə moderator və məruzəçi qismində iştirak edib. Konqresdə “Vulvovaginal atrofiyanın müalicəsində diod lazerin tətbiqi” məruzə ilə çıxış edib. Özbəkistan, Daşkənd şəhəri.
“Mehriban Əmirova , tfd mama-ginekologo” Answers