“Tükəzban Abdullayeva həkim-sonoloq” Locations
Haqqında “Tükəzban Abdullayeva həkim-sonoloq”
Ultrasəs müayinəsi xidmətləri: tam abdomen – qarın boşluğu orqanlarının müayinəsi, ginekoloji orqanların müayinəsi, follikulometriya, erkən hamiləliyin təyini, prostat vəzinin və uroloji orqanların müayinəsi, dərialtı toxumaların müayinəsi, periferik limfa düyünlərinin, boyun nahiyəsində olan vəzilərin müayinəsi, toraks (döş qəfəsi) orqanlarının ultrasəs müayinəsi, oynaqların müayinəsi, süd vəzilərinin ultrasəs müayinəsi, Perianal nahiyənin müayinəsi, yenidoğulmuşlarda neyrosonoqrafiya, bud-çanaq oynağının müayinəsi, pediatrik ultrasəs müayinələri, timus vəzinin müayinəsi, damarların rəngli doppler müayinəsi (Doppleroqrafiya), qaraciyərin elastometriyası (FibroScan müayinəsi) və digər ultrasəs müayinələri.
Təhsil
2000-2006
Azərbaycan Tibb Universiteti,
müalicə profilaktika I fakültəsi
2006-2007
5 saylı Klinik Xəstəxana,
həkim-interna
Təcrübə və Bacarıqlar
2009-cu ildən Mərkəzi Gömrük Hospitalı, həkim-sonoloq
Mükafatlar
2022 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Lisenziyalar və Sertifikatlar
2012 Erciyes Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim dalında “Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli dopleroqrafiyası” pediatrik ultrasonoqrafik incələmələr və yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası üzrə neyrosonoqrafiya kursu. Türkiyə, Kayseri
2012 AnaKalp Xəstəxanasında “Damarların rəngli dopleroqrafiyası kursu.Türkiyə, Kayseri
2012 Hüma Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Obsetrik USG, hamilələrdə dopleroqrafiya, ginekoloji xəstəliklər zamanı diferensial diaqnostika kursu. Türkiyə, Kayseri
2013 Bezmialem Vakif Universitetinin Tibb fakültəsində süd vəzilərinin USG-si və mammoqrafiyası, anorektal USG, yumşaq toxumalar, endokrin və limfotik sistem üzrə USG, pediatrik ultrasonoqrafiya, yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası, neyrosonoqrafiya kursu. Türkiyə, İstanbul
2014 Weill Cornell Tibb kollecində “Süd vəzilərinin Mammoqrafiyası və qaraciyər törəmələrinə Multidisiplinar yanaşma” kursu. Avstriya, Zalsburq
2015 İstanbul Universitetinin Tibb fakültəsində “Hamilələrin Anal Sfinkter zədələnmələrində Multidisiplinar yanaşım ve anorektal ultrasonoqrafıya” kursu. Türkiyə, İstanbul
2015 Echosesns Təlim mərkəzinin təşkil etdiyi qaraciyər elastometriyası kursu. Rusiya, Moskva
“Tükəzban Abdullayeva həkim-sonoloq” Answers