Doctorhuseyn
- 0 Rəy
Bakı şəhərində yerləşən Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Azərbaycanda və həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır.
Bu gün bu klinika Almaniya, Kolumbiya, İsveçrə, digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən Bioloji Təbabət klinikalaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlmişdir.
Bioloji Təbabət klinikası Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir. Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz biliklərini və təcrübələrini artırırlar. Belə ki, Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən zamanımızın ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eynı zamanda xəstə qəbulu həyata keçirilir.